Ukrayna Rusiya gəmisini vurub | VİDEO

Ukrayna Rusiya gəmisini vurub    | VİDEO
  11 Sentyabr 2025    Oxunub:696
Sentyabrın 10-da Qara dənizdə Ukrayna Müdafiə nazirliyinin Baş Kəşfiyyat İdarəsinin (BKİ) xüsusi təyinatlıları Rusiyanın Qara Dəniz Donanmasının MPSV07 çoxfunksiyalı layihəsinə aid gəminin izinə düşüb və ona hücum ediblər.
AzVision.az xəbər verir ki, Ukrayna Müdafiə nazirliyi BKİ-nin yaydığı məlumata istinadən xəbər verir ki, vurulan gəmi 2015-ci ildə istismara verilib, onun dəyəri təxminən 60 milyon dollardır. Rusların ümumilikdə dörd belə gəmisi var.

“MPSV07” layihəsinə aid gəmi dalğıc sistemləri, uzaqdan idarə olunan nəqliyyat vasitələri, yandan skan edən görüntülər və elektron döyüş avadanlıqları ilə təchiz olunub. Gəmi, həmçinin dənizin dibinin araşdırılması üçün də istifadə edilə bilər.



Sahil İsgəndərov
AzVision.az


Teqlər: Ukrayna   Rusiya   gəmi  



Xəbər lenti